Buy və Sell nədir?
Tradingdə öyrənəcəyin ən əsas anlayışlardan ikisi Buy və Sell-dir. MetaTrader 5-də əməliyyat açmaq istədikdə qarşına məhz bu iki seçim çıxacaq.
Sadə dillə desək, qiymətin yüksələcəyini düşünürsənsə Buy, qiymətin düşəcəyini düşünürsənsə Sell əməliyyatı açırsan.
Yəni tradingdə qazanc əldə etmək üçün bazarın yalnız qalxmasını gözləmək lazım deyil. Qiymətin istiqamətini düzgün analiz etdiyin halda həm yüksəliş, həm də düşüş istiqamətində əməliyyat aça bilərsən.
Buy nədir?
Buy alış əməliyyatıdır. Əgər analizinə görə bir maliyyə alətinin qiymətinin yüksələcəyini düşünürsənsə, Buy əməliyyatı aça bilərsən.
Biz əsasən XAU/USD, yəni qızıl üzərində trading etdiyimiz üçün bunu qızıl nümunəsi ilə izah edək.
Təsəvvür et ki, XAU/USD qiyməti 4000.00-dır. Analiz etmisən və qiymətin yüksələcəyini düşünürsən. Bu zaman 4000.00 ətrafından Buy əməliyyatı açırsan.
Əgər qiymət 4000.00-dan 4010.00-a yüksələrsə, qiymət sənin istiqamətində 100 pip hərəkət etmiş olacaq.
Bizim istifadə etdiyimiz pip sisteminə görə:
4000.00 → 4000.10 = 1 pip
4000.00 → 4001.00 = 10 pip
4000.00 → 4010.00 = 100 pip
Deməli, Buy əməliyyatında qiymət yüksəldikcə əməliyyatın qazanca gedir.
Buy əməliyyatında nə zaman zərər edirsən?
Buy açmağın qiymətin mütləq yüksələcəyi demək deyil. Əgər analiz səhv çıxarsa və qiymət aşağı düşərsə, əməliyyatın zərərə gedəcək.
Məsələn, 4000.00-dan Buy açmısan. Qiymət 3995.00-a düşərsə, sənin əks istiqamətində 50 pip hərəkət etmiş olacaq.
Yəni Buy üçün sadə məntiq belədir:
Qiymət qalxır → qazanc
Qiymət düşür → zərər
Əlbəttə, dollarla qazanc və zərərin nə qədər olması istifadə etdiyin lot ölçüsündən asılı olacaq.
Sell nədir?
Sell satış əməliyyatıdır. Əgər analizinə görə qiymətin düşəcəyini düşünürsənsə, Sell əməliyyatı aça bilərsən.
Təsəvvür et ki, XAU/USD qiyməti yenə 4000.00-dır. Analizinə görə qiymətin aşağı düşəcəyini düşünürsən və 4000.00-dan Sell əməliyyatı açırsan.
Qiymət 4000.00-dan 3990.00-a düşərsə, qiymət sənin istiqamətində 100 pip hərəkət etmiş olacaq.
Sell əməliyyatında qiymət aşağı düşdükcə əməliyyatın qazancı artır.
Sell əməliyyatında nə zaman zərər edirsən?
Əgər Sell açdıqdan sonra qiymət aşağı düşmək əvəzinə yüksələrsə, əməliyyatın zərərə gedəcək.
Məsələn, 4000.00-dan Sell açmısan və qiymət 4005.00-a yüksəlib. Bu zaman qiymət sənin əks istiqamətində 50 pip hərəkət edib.
Sell üçün məntiq belədir:
Qiymət düşür → qazanc
Qiymət qalxır → zərər
Yəni Buy və Sell bir-birinin əksidir.
Buy və Sell arasındakı fərq nədir?
Bunu yadda saxlamağın ən asan yolu budur:
Buy → qiymətin yüksələcəyini düşünürsən.
Sell → qiymətin düşəcəyini düşünürsən.
Məsələn, qızıl 4000.00-dır.
Əgər düşünürsənsə ki, qiymət 4010.00-a qalxacaq, Buy axtarırsan. Əgər düşünürsənsə ki, qiymət 3990.00-a düşəcək, Sell axtarırsan.
Amma sadəcə qiymətin qalxacağını və ya düşəcəyini təxmin etmək trading strategiyası deyil. Buy və ya Sell qərarı analiz və trading planına əsaslanmalıdır.
Buy əməliyyatında Stop Loss və Take Profit harada olur?
Buy əməliyyatında qazanc əldə etmək üçün qiymətin yüksəlməsini gözləyirik. Buna görə Take Profit adətən giriş qiymətinin yuxarısında, Stop Loss isə aşağısında yerləşir.
Məsələn:
Giriş: 4000.00
Stop Loss: 3995.00
Take Profit: 4010.00
Burada:
Risk: 50 pip
Potensial qazanc: 100 pip
Yəni bu nümunədə Risk/Reward nisbəti 1:2-dir.
Sadə yadda saxla:
Buy → SL aşağıda → TP yuxarıda
Sell əməliyyatında Stop Loss və Take Profit harada olur?
Sell əməliyyatında isə bunun tam əksi baş verir. Qiymətin düşməsini gözlədiyimiz üçün Take Profit aşağıda, Stop Loss isə yuxarıda yerləşir.
Məsələn:
Giriş: 4000.00
Stop Loss: 4005.00
Take Profit: 3990.00
Burada yenə:
Risk: 50 pip
Potensial qazanc: 100 pip
Sadə yadda saxla:
Sell → SL yuxarıda → TP aşağıda
Bu iki qaydanı yadda saxlamaq yeni başlayan trader üçün Buy və Sell əməliyyatlarını anlamağı çox asanlaşdırır.
Buy və Sell əməliyyatında Lot nə edir?
Buy və ya Sell seçimi əməliyyatın istiqamətini müəyyən edir. Lot isə həmin əməliyyatın ölçüsünü müəyyən edir.
Məsələn, iki trader eyni anda 4000.00-dan Buy açır. Birinci trader 0.01 lot, ikinci trader isə 1.00 lot istifadə edir.
Qiymət hər ikisinin istiqamətində eyni qədər hərəkət etsə də, dollarla qazandıqları məbləğ eyni olmayacaq. Eyni qayda zərər üçün də keçərlidir.
Buna görə Buy və ya Sell seçmək qədər uyğun lot seçmək də vacibdir.
Buy və Sell düyməsinə basanda əməliyyat hansı qiymətdən açılır?
Burada əvvəl öyrəndiyimiz Bid, Ask və Spread anlayışları qarşımıza çıxır.
Ümumiyyətlə, Buy əməliyyatı Ask qiyməti ilə, Sell əməliyyatı isə Bid qiyməti ilə açılır. Bid və Ask arasında isə Spread adlandırdığımız fərq olur.
Buna görə əməliyyat açdıqdan dərhal sonra kiçik zərər görməyin səbəblərindən biri Spread ola bilər.
Xüsusilə XAU/USD kimi sürətli hərəkət edən alətdə əməliyyat açmazdan əvvəl Spread-i nəzərə almaq vacibdir.
Eyni anda həm Buy, həm də Sell açmaq olar?
Bu imkan hesabın və platformanın əməliyyat sistemindən asılı ola bilər. Hedging rejimini dəstəkləyən hesablarda eyni maliyyə aləti üzrə eyni anda həm Buy, həm də Sell mövqeləri saxlamaq mümkün ola bilər.
Amma texniki olaraq mümkün olması bunun həmişə düzgün strategiya olduğu demək deyil. Yeni başlayan trader üçün əsas məqsəd çoxlu qarışıq əməliyyatlar açmaq yox, nə üçün Buy və ya Sell etdiyini başa düşmək olmalıdır.
Hər əməliyyatın arxasında konkret analiz və risk planı olmalıdır.
Buy açmaq üçün qiymətin aşağı olmasını gözləməliyəm?
Mütləq deyil. Yeni başlayanlarda belə bir fikir olur: “Qiymət çox düşüb, deməli Buy açmalıyam” və ya “Qiymət çox qalxıb, deməli Sell açmalıyam.”
Amma qiymətin çox düşməsi onun mütləq qalxacağı demək deyil. Eyni şəkildə qiymətin çox yüksəlməsi də onun mütləq düşəcəyinə zəmanət vermir.
Buy və Sell qərarı yalnız qiymətin “ucuz” və ya “bahalı” görünməsinə əsaslanmamalıdır. Bazar strukturu, Support və Resistance, trend və istifadə etdiyin trading strategiyası nəzərə alınmalıdır.
Buy və Sell üçün analiz necə edilir?
Traderin əsas məqsədi bazarda hansı istiqamətin daha güclü olduğunu müəyyən etməkdir.
Məsələn, XAU/USD qrafikində qiymət güclü Support səviyyəsindən reaksiya verir və analizinə görə yüksəliş ehtimalı yaranırsa, Buy fürsəti axtara bilərsən.
Əksinə, qiymət güclü Resistance səviyyəsindən reaksiya verir və analizinə görə aşağı hərəkət ehtimalı yaranırsa, Sell fürsəti axtara bilərsən.
Amma Support-a toxunan hər qiymət Buy, Resistance-a toxunan hər qiymət isə Sell demək deyil. Bunlar sadəcə analiz zamanı istifadə edilə bilən vasitələrdir.
Buy və Sell əməliyyatlarında ən vacib məsələ nədir?
Ən vacib məsələ əməliyyatın istiqamətini tapmaqdan əvvəl riskini müəyyən etməkdir.
Traderlərin çoxu yalnız bu sualı düşünür:
“Buy açım, yoxsa Sell?”
Amma bundan əvvəl başqa suallar da olmalıdır:
Bu əməliyyatda nə qədər risk edirəm?
Stop Loss haradadır?
Take Profit haradadır?
Hansı lotdan istifadə edirəm?
Analizim hansı nöqtədə səhv hesab olunur?
Çünki bazarın istiqamətini hər dəfə düzgün tapmaq mümkün deyil. Analizin səhv çıxdıqda nə edəcəyini əvvəlcədən bilmək tradingin əsas hissəsidir.
Yeni başlayanların etdiyi səhvlər
Yeni başlayanların ən çox etdiyi səhvlərdən biri qiymət qalxdığı üçün dərhal Buy, düşdüyü üçün isə dərhal Sell açmaqdır. Trader artıq baş vermiş hərəkəti görüb gecikmiş şəkildə bazara daxil ola bilər.
Digər səhv Buy və ya Sell açdıqdan sonra Stop Loss istifadə etməməkdir. Trader qiymətin mütləq geri qayıdacağını düşünərək zərərdə olan əməliyyatı saxlamağa davam edir və nəticədə kiçik zərər böyük zərərə çevrilə bilər.
Başqa bir səhv isə ardıcıl zərərdən sonra istiqaməti düşünmədən Buy və Sell arasında keçid etməkdir. Məsələn, Buy zərər verir, dərhal Sell açılır. Sell də zərər verir, yenidən Buy açılır. Bu artıq analizdən çox emosional tradingə çevrilə bilər.
Nəticə
Buy və Sell tradingdə əməliyyat açmaq üçün istifadə olunan iki əsas istiqamətdir.
Sadə şəkildə:
Buy → qiymətin yüksələcəyini düşünürsən.
Sell → qiymətin düşəcəyini düşünürsən.
Buy əməliyyatında qiymət qalxdıqda qazanc, düşdükdə zərər yaranır. Sell əməliyyatında isə qiymət düşdükdə qazanc, qalxdıqda zərər yaranır.
Amma əsas məsələ sadəcə Buy və ya Sell düyməsinə basmaq deyil. Əməliyyata girməzdən əvvəl giriş nöqtəsini, Stop Loss-u, Take Profit-i, lot ölçüsünü və maksimum riskini müəyyən etmək lazımdır.
Tradingdə məqsəd hər dəfə istiqaməti düzgün tapmaq deyil. Məqsəd düzgün olduğunda qazancı, səhv olduğunda isə zərəri planlı şəkildə idarə etməkdir.
Növbəti məqalədə Pending Order nədir? mövzusunu izah edəcəyik və bazarı bütün günü izləmədən Buy Limit, Sell Limit, Buy Stop və Sell Stop əmrləri vasitəsilə əvvəlcədən necə əməliyyat planlaşdırmağın mümkün olduğunu öyrənəcəyik.
Tradingə başlamağa hazırsan?
Əgər tradingə mənimlə birlikdə başlamaq və təqdim etdiyimiz bütün üstünlüklərdən yararlanmaq istəyirsənsə, aşağıdakı link vasitəsilə XM brokerində hesab aça bilərsən.
👉 Qeydiyyat Linki: XM-də qeydiyyatdan keç
Bu link vasitəsilə qeydiyyatdan keçən istifadəçilər aşağıdakı üstünlüklərdən yararlanırlar:
✅ Brokerlə bağlı problemlərin daha sürətli həll olunması
✅ VIP Trading qrupuna pulsuz giriş (özəl dərslər və canlı trade sessiyaları)
✅ Böyük mükafatlı yarışlarda iştirak imkanı
✅ XP xalları qazanaraq məşhur trading kitablarını və e-kitabları əldə etmək
✅ Mentor və komandamızla birbaşa əlaqə saxlamaq imkanı
✅ XM-in təqdim etdiyi bonus kampaniyaları və xüsusi təkliflərdən yararlanmaq
✅ Gələcəkdə təqdim olunacaq bütün layihələr, tədbirlər və imkanlardan faydalanmaq