×
Liqalar
Xəbərlər
Canlı çat
Community
Dərslər
Mağaza

Pip nədir? Tradingdə Pip necə hesablanır?

EcomSoldier · 20.07.2026 · 6 baxış

Pip nədir?

Trading öyrənməyə başlayan insanların ən çox eşitdiyi anlayışlardan biri də Pip anlayışıdır. Demək olar ki, bütün traderlər qazanc və ya zərərdən danışarkən pip sözündən istifadə edirlər.

Sadə dillə desək, pip qiymətin nə qədər hərəkət etdiyini göstərən ölçü vahididir. Yəni bazarın neçə pip yüksəldiyini və ya neçə pip aşağı düşdüyünü pip vasitəsilə hesablayırıq.

Pip anlayışını bilmədən nə qazancı, nə də zərəri düzgün hesablamaq mümkündür. Buna görə də bu termin tradingin əsas anlayışlarından biri hesab olunur.

XAU/USD-də Pip necə hesablanır?

Qızıl (XAU/USD) üzrə pip hesablanması digər alətlərdən fərqli ola bilər. Bu məqalədə istifadə etdiyimiz hesablanma sistemi MetaTrader 5 platformasında ən çox istifadə olunan formatlardan biridir.

Məsələn:

4000.00 → 4000.10 = 1 pip

4000.00 → 4001.00 = 10 pip

4000.00 → 4010.00 = 100 pip

Yəni qiymətdə hər 0.10 dəyişiklik 1 pip, hər 1.00 dəyişiklik isə 10 pip hesab olunur.

Trading zamanı qiymətin neçə pip hərəkət etdiyini bilmək həm qazancı, həm də riski düzgün hesablamağa kömək edir.

Pip nə üçün istifadə olunur?

Traderlər bazarın hərəkətini dollarla deyil, pip ilə ifadə etməyə üstünlük verirlər.

Məsələn, "Qızıl bu gün 10 dollar qalxdı" demək əvəzinə, "Qızıl 100 pip qalxdı" demək daha dəqiq və peşəkar ifadə hesab olunur.

Eyni qayda ilə əməliyyatlar haqqında danışarkən də qazanc və ya zərər adətən pip ilə ifadə edilir.

Bu, müxtəlif lot ölçülərindən istifadə edən traderlərin bazar hərəkətini eyni ölçü vahidi ilə qiymətləndirməsinə imkan yaradır.

Pip qazanc və zərərə necə təsir edir?

Pip təkbaşına qazancı müəyyən etmir.

Qazanc və ya zərər həm pip sayından, həm də istifadə etdiyin lot ölçüsündən asılıdır.

Məsələn, bazar 10 pip hərəkət edərsə, 0.01 lot istifadə edən traderlə 1.00 lot istifadə edən trader eyni məbləğdə qazanc əldə etməyəcək.

Lot böyüdükcə hər pipin maliyyə dəyəri də artır.

Bu səbəbdən pip və lot anlayışları bir-biri ilə sıx əlaqəlidir.

Pip və Point arasındakı fərq

Yeni başlayan traderlərin qarışdırdığı anlayışlardan biri də Pip və Point terminləridir.

Bəzi brokerlər qiymətin ən kiçik dəyişməsini point adlandırırlar, traderlər isə gündəlik danışıqda daha çox pip sözündən istifadə edirlər.

Əsas məqsəd hansı platformadan istifadə etdiyini və brokerinin qiymət dəyişikliklərini necə hesabladığını bilməkdir.

Sən MetaTrader 5 platformasında XAU/USD üzrə işləyərkən bu məqalədə göstərilən pip hesablanmasından istifadə edə bilərsən.

Yeni başlayanların etdiyi səhvlər

Yeni başlayan traderlərin ən böyük səhvlərindən biri pip ilə dolları eyni anlayış hesab etmələridir.

Əslində pip yalnız qiymət hərəkətini göstərir.

Dollarla qazanc isə istifadə etdiyin lot ölçüsündən asılı olaraq dəyişir.

Digər geniş yayılmış səhv isə pip hesablamasını müxtəlif brokerlər arasında müqayisə etməkdir.

Bəzi brokerlər fərqli qiymət formatından istifadə etdikləri üçün pip hesablanması da dəyişə bilər.

Bu səbəbdən həmişə istifadə etdiyin brokerin qiymət formatını öyrənmək vacibdir.

Nəticə

Pip tradingdə qiymət hərəkətini ölçmək üçün istifadə olunan əsas anlayışlardan biridir.

Bu anlayışı düzgün başa düşmək qazancını, zərərini və riskini daha dəqiq hesablamana kömək edəcək.

Əgər pip və lot anlayışlarını birlikdə öyrənmisənsə, artıq əməliyyatlarının nəticəsini daha rahat analiz edə biləcəksən.

Növbəti məqalədə Spread nədir? mövzusunu izah edəcəyik və alış ilə satış qiyməti arasındakı fərqin tradingə necə təsir etdiyini öyrənəcəyik.

Tradingə başlamağa hazırsan?

Əgər tradingə mənimlə birlikdə başlamaq və təqdim etdiyimiz bütün üstünlüklərdən yararlanmaq istəyirsənsə, aşağıdakı link vasitəsilə XM brokerində hesab aça bilərsən.

👉 Qeydiyyat Linki: https://affs.click/cKyd5

Bu link vasitəsilə qeydiyyatdan keçən istifadəçilər aşağıdakı üstünlüklərdən yararlanırlar:

✅ Brokerlə bağlı problemlərin daha sürətli həll olunması

✅ VIP Trading qrupuna pulsuz giriş (özəl dərslər və canlı trade sessiyaları)

✅ Böyük mükafatlı yarışlarda iştirak imkanı

✅ XP xalları qazanaraq məşhur trading kitablarını və e-kitabları əldə etmək

✅ Mentor və komandamızla birbaşa əlaqə saxlamaq imkanı

✅ XM-in təqdim etdiyi bonus kampaniyaları və xüsusi təkliflərdən yararlanmaq

✅ Gələcəkdə təqdim olunacaq bütün layihələr, tədbirlər və imkanlardan faydalanmaq